Maraqlı
15.06.2015 / 09:24

Dünyanın ən yaşlı bəy və gəlini

Dünyanın ən yaşlı bəy və gəlini

Dünyanın ən yaşlı gəlini və bəyi öz toylarını Eastbourne şəhərindəki bir oteldə ailə üzvləri və yoldaşları ilə birlikdə qeyd ediblər. Cütlüyün 7 uşağı, 15 nəvəsi və 7 nəticəsi var.

İnform.az-ın Almaniyanın “Deutsche Welle” saytına istinadən verdiyi xəbərə görə, indiyə qədər rekord 2002-ci ildə evlənən Fransız François Fernandez ilə modelyer Francineaya aid edilirdi. Onların yaşlarının cəmi 191 idi. Bu cütlük isə onlardan daha üç yaş böyükdür.

Yaşlı bəy, “Daily Mail” qəzetinə verdiyi şərhdə "Evlilik təklifini dizimin üstünə çökərək etmədim, çünki bir daha ayağa qalxamazdım" deyib. Köhnə boksçu olan Corc Kirby həyat yoldaşına daha əvvəl evlilik təklifi etmədiyi üçün peşman olmadığını bildirib. Cüt bal ayı üçün xüsusi bir planlarının olmadığını da qeyd edib.

Təbriz, inform.az

Baxış sayı: 674