Sosial
25.09.2015 / 18:12

Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

 Aztəminatlı ailələrə bayram sovqatı paylanılıbMüqəddəs Qurban bayramı münasibətilə Zaqatala rayonunda 650-dən artıq aztəminatlı ailəyə bayram sovqatı paylanılıb. Rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin icra və bələdiyyə orqanlarının nümayəndələri bayram münasibətilə şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər.

Vətəndaşlar onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildiriblər.

İnform.az

Baxış sayı: 272