Mədəniyyət
25.09.2015 / 15:28

“Bülbülsayağı” adlı musiqi layihəsi təqdim olunub

“Bülbülsayağı” adlı musiqi layihəsi təqdim olunubBeynəlxalq Muğam Mərkəzində dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan VII Beynəlxalq musiqi festivalı çərçivəsində “Bülbülsayağı” adlı musiqi layihəsi təqdim olunub. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi Üzeyir Hacıbəyliyinin yaxın dostu, silahdaşı, bir çox əsərlərinin ilk ifaçısı SSRİ Xalq Artisti Bülbülün yaradıcılığı haqqında söhbət açıb. Bildirib ki, böyük Bülbülün oxuduğu əsərlər musiqimizin qızıl fondunda bu gün də qorunub saxlanmaqdadır. Həmçinin onun peşəkar ifaçılıq məktəbi davam etdirilir. Ustad sənətkarın oxuduğu vokal əsərlər, ariyalar, xalq mahnıları bu gün də ayrı-ayrı gənc ifaçıların repertuarının bəzəyidir.

Sonra belə gənclərdən biri- Əməkdar Artist, Prezident təqaüdçüsü Anar Şuşalının ifasında “Bülbülsayağı” adlı konsert proqramı təqdim olunub.

Konsertdə görkəmli vokal ustasının repertuarından Ü.Hacıbəylinin bəstələdiyi “Sənsiz”, “Sevgili canan”, “Qaragöz” romansları və “Sürməni neylərsən?”, “Apar məni bəndə vur”, “Qara tellər” və digər xalq mahnılar səsləndirilib.

İnform.az

Baxış sayı: 264