Dünya
24.09.2015 / 21:36

Polis qatili PKK-çılar həbs edilib

Polis qatili PKK-çılar həbs edilib Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində iki polis əməkdaşını qətlə yetirən terrorçular həbs olunub.

Türkiyə mətbuatının verdiyi məlumata görə, ümumilikdə PKK təşkilatının 5 üzvü saxlanılıb.

Onların avqustun 29-da hakim Ədalət və İnkişaf Partiyasının vilayət şöbəsinin binasına qumbara atdığı da iddia edilir.

İnform.az

Baxış sayı: 329