Dünya
30.06.2015 / 18:30

Putin Sarkisyanla danışdı

Putin Sarkisyanla danışdı

Rusiya prezidenti Vladimir Putinin ermənistanlı həmkarı Serj Sarkisyanla telefon danışığı olub.

İnform.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Putinlə Sarkisyan həmçinin ikitərəfli əlaqələrə də toxunublar.

Baxış sayı: 434