Sosial
23.09.2015 / 17:51

Dəyərli iş adamından bayram təbriki

Dəyərli iş adamından bayram təbriki“Özkaya Qrup” şirkətinin prezidenti, dəyərli iş adamı cənab Osman Gezeker Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir:

Azərbaycan xalqını qarşıdan gələn dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, sizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu gözəl bayramın Türk xalqı tərəfindən təmtəraqla qeyd edilməsi, onların mənəvi saflığın qorunmasında, inamın kamilləşməsinə, halallığa və paklığa verdiyi dəyəri bir daha ortaya qoyur.
Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət- ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən kəşməkəşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır.
Mən birdaha Qurban bayramı münasibətiylə hər kəsi təbrik edir, xalqımıza bol ruzi, bərəkət və əmin-amanlıq arzu edirəm. Tanrı sizi qorusun!

İnform.az

Baxış sayı: 374