İdman
23.09.2015 / 17:08

"Çelsi" fransalı müdafiəçi ilə maraqlanır

"Çelsi" fransalı müdafiəçi ilə maraqlanır"Çelsi" yanvarda "Marseille"in müdafiəçisi Nikolas Nkulunu transfer etmək istəyir. "Goal.az" Fransa mətbuatına istinadən xəbər verir ki, "Marseille" 2016-cı ilin yayında azad agent olacaq futbolçu ilə müqaviləni yeniləmək barədə düşünmür. Bu səbəbdən London klubu yanvarda 7.2 milyon funt ödəməklə Nklunu Londona gətirə bilər. "Marseille"in müdafiəçini Fransa klublarına satmaq istəməməsi də, "zadəganlar"ın şanslarını artırır.

İnform.az

Baxış sayı: 296