Elm-təhsil
30.06.2015 / 18:20

Yay məktəbinə qəbul yekunlaşdı

Yay məktəbinə qəbul yekunlaşdı

İDEA İctimai Birliyinin dəstəyi, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin əməkdaşlığı ilə “Təmiz Şəhər” ASC-in ADA Universitetində təşkil edəcəyi yay məktəbinə müraciət müddəti başa çatıb.

ASC-nin mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, hazırda “0 Tullantı” adlı düşərgəyə göndərilən anketlər üzrə seçim işləri aparılır. Bu mərhələni keçən gənclər müsahibəyə dəvət olunacaqlar.

İyulun 21-dən 24-dək baş tutacaq maarifləndirici yay məktəbi tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədilə keçirilir.

Baxış sayı: 334