İqtisadiyyat
23.09.2015 / 16:54

Bakı-Sumqayıt qatarlarının cədvəlində dəyişikliklər ediləcək

Bakı-Sumqayıt qatarlarının cədvəlində dəyişikliklər ediləcəkSərnişinlərin arzu və təkliflərini nəzərə alaraq, onların qatarlardan istifadəsini asanlaşdırmaq məqsədi ilə 28 sentyabr 2015-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində hissəvi dəyişikliklər ediləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09:00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək.

N.Əzməmmədov qeyd edib ki, 24 sentyabr 2015-ci ildən etibarən hər şənbə, bazar və bayram günləri sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:10-da, Sumqayıt sərnişin stansiyasından isə saat 06:40-da yola düşən elektrik qatarları ləğv olunacaq.

Bildirib ki, sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

İnform.az

Baxış sayı: 286