Haqqımızda





"INFORM.az" media orqanı olaraq biz verilən xəbərin məsuliyyəti və cəmiyyətə göstərdiyi təsir imkanlarını nəzərə alaraq, bütün fəaliyyətimizi yaxşı əməllər, müqəddəs amallar, dövlətimizin və dövlətçiliyimizin əbədi sabitliyi yolunda mübarizə, maarifləndirmə və ən əsası doğru xəbəri çatdırma üzərində qurmuşuq.

Biz, hər kəsin maraqla izləyəcəyi bir sayt formalaşdırmaq niyyətindəyik. Bu səbəbdən bütün sağlam düşəncənin daşıyıcıları "INFORM.az"-ı öz tribunası hesab edə bilərlər. Hər kəs maraqlandığı sahələrlə bağlı yalnız dəqiqləşdirilmiş məlumatları bu saytdan ala bilər.

"INFORM.az" Azərbaycanda yaradılmış geniş media məkanında sıradan bir sayt olaraq fəaliyyətə başlasa da yaxın zaman kəsiyində yüksək reytinqə sahib olmağı bacarıb.

Onu da nəzərinizə çatdıraq ki, "INFORM.az" “İnform Media Qrup” MMC-nin “Qurtuluş Günü” münasibətiylə 15 iyun 2015-ci il tarixində fəaliyyətə başlamış xəbər portalıdır.